Mayami-2022: Birinci sərbəst yürüşlər

Adətən yeni traslardakı ilk sessiya çox maraqlı olur. Üstəlik Mayamidəki tras bizə Bakı Şəhər Halqasını xatırladır - dar və yavaş döngələr, uzun və sürətli düzlüklər.

F-1.az bildirir ki, hər nəqər tədbirlər görülsə də asfalt xüsusi 7-ci və 17-ci döngədə xeyli sürüşkən olub. Elə ilk dəqiqədəcə Lekler və Tsunoda yerində fırlanıb, Ferstappen baryerlə təmas edib. Alpine yenə də Okonun maşınını trasa buraxarkən dəqqiətsiz davranıb və Rassell qəzadan son anda yayınıb. Stüardlar məsələni araşdıracaqlar.

Başqa bir araşdırılacaq insident isə Şumaxerlə Rikkardo arasında yaşanıb – alman sürücü qəfil sürətini azaldan Daniellə toqquşmaq təhlükəsi yaşayıb. Stroll və Fettel pit-leynə daxil olarkən xətti basdıqları üçün xəbərdarlıq alıblar. Sessiya 34-cü dəqiqədə Bottas 7-ci döngədə qəzas etdiyinə görə qırmızı bayraqlarla dayandırılıb. Fasilə 9 dəqiqə davam edib. Sayns 4-cü döngədə əyləcdən çox sərt istifadə edib və təkəri deşildiyi üçün pit yoluna üz tutub.

Əksər komandalar gətirdikləri yenilikləri yoxlamaqla məşğul olublar. Asfalt tədricən isinib və rezin təbəqə ilə örtülüb. Şarl Leklerin 1:31.098-lik nəticəsi ən yaxşı olub. Məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:31.098 25
2 63 Corc Rassell Mercedes 1:31.169 + 0:00.071 22
3 1 Maks Ferstappen Red Bull 1:31.277 + 0:00.179 14
4 11 Serxio Peres Red Bull 1:31.301 + 0:00.203 21
5 10 Pyer Qasli AlphaTauri 1:31.498 + 0:00.400 26
6 55 Karlos Sayns Ferrari 1:31.528 + 0:00.430 25
7 23 Aleksander Elbon Williams 1:31.854 + 0:00.756 20
8 44 Lyuis Həmilton Mercedes 1:31.956 + 0:00.858 22
9 20 Kevin Maqnussen Haas 1:32.559 + 0:01.461 20
10 3 Daniel Rikkardo McLaren 1:32.592 + 0:01.494 21
11 4 Lando Norris McLaren 1:32.615 + 0:01.517 25
12 14 Fernando Alonso Alpine 1:32.884 + 0:01.786 30
13 24 Quanyu Çjou Alfa Romeo 1:33.020 + 0:01.922 22
14 5 Sebastyan Fettel Aston Martin 1:33.024 + 0:01.926 23
15 31 Esteban Okon Alpine 1:33.417 + 0:02.319 27
16 18 Ləns Stroll Aston Martin 1:33.576 + 0:02.478 22
17 77 Valtteri Bottas Alfa Romeo 1:33.773 + 0:02.675 13
18 22 Yuki Tsunoda AlphaTauri 1:34.043 + 0:02.945 26
19 20 Mik Şumaxer Haas 1:34.945 + 0:03.847 20
20 6 Nikolas Latifi Williams 1:35.637 + 0:04.539 26
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*