Türkiyə-2021: İkinci sərbəst yürüşlər

Artıq ilk məşqlərdən Xuan Pablo Montoyanın 2005-ci ildə müəyyən etdiyi tras rekordu Lyuis Həmilton tərəfindən yenilənib. Müasir maşınlar çox sürətlidir, lakin keçənilki asfalt örtüyü bunu göstərməyə imkan verməmişdi.

F-1.az bildirir ki, sürücülər ənənəvi proqramla işləyərək təkərlərin səmərəliliyini qiymətlənidirblər. İstanbul Parkda ən ideal sazlanmanı tapmaq heç də asan deyil. Üstəlik keçən il bunun üzərində işləməyə imkan olmadığından, hər şeyə ən başdan başlamaq lazım gəlib. Burada xüsusilə ön təkərlərin aşınmasına xüsusi diqqət tələb olunur.

Bu dəfə də ciddi insidentlər baş verməyib. Stüardlar tras hüdudlarının pozulmasına görə 25 nəticəni ləğv ediblər. Bottas ilk, Qasli 6-cı, Ferstappen isə 7-ci döngədə asfaltdan çıxıb. Latifi iki dəfə, Mazepin isə bir dəfə 9-cu döngədə yerində fırlanıb. Rəykkönenin içdiyi su ayaqlarına tökülüb, bu sadə sistemin təmir edilməsi də xeyli vaxt alıb.

Lyuis Həmilton bu dəfə də daha sürətli olub və tras rekordunu təkmilləşdirib – 1:23.804. Məşqlər sabah qaldığı yerdən davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:23.804 30
2 16 Şarl Lekler Ferrari 1:23.970 + 0:00.166 29
3 77 Vatteri Bottas Mercedes AMG 1:24.214 + 0:00.410 31
4 11 Serxio Peres Red Bull 1:24.373 + 0:00.569 28
5 33 Maks Ferstappen Red Bull 1:24.439 + 0:00.635 27
6 4 Lando Norris McLaren 1:24.525 + 0:00.721 24
7 14 Fernando Alonso Alpine 1:24.660 + 0:00.856 21
8 31 Esteban Okon Alpine 1:24.672 + 0:00.868 26
9 10 Pyer Qasli AlphaTauri 1:24.756 + 0:00.952 32
10 99 Antonio Covinatsi Alfa Romeo 1:24.796 + 0:00.992 29
11 22 Yuki Tsunoda AlphaTauri 1:24.882 + 0:01.078 30
12 55 Karlos Sayns Ferrari 1:24.903 + 0:01.099 34
13 18 Ləns Stroll Aston Martin 1:25.020 + 0:01.216 31
14 3 Daniel Rikkardo McLaren 1:25.060 + 0:01.256 23
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:25.143 + 0:01.339 27
16 5 Sebastyan Fettel Aston Martin 1:25.229 + 0:01.425 30
17 6 Nikolas Latifi Williams 1:25.307 + 0:01.503 30
18 63 Corc Rassell Williams 1:25.358 + 0:01.554 29
19 47 Mik Şumaxer Haas 1:25.480 + 0:01.676 26
20 9 Nikita Mazepin Haas 1:25.698 + 0:01.894 25
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*