A.Covinatsi: Türkiyəni səbirsizliklə gözləyirəm

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi Türkiyədəki yarışı səbirsizliklə gözləyir.

F-1.az xatırladır ki, italiyalı sürücü son yarışlarda sıralanma tempində yaxşı olsa da, bu performansını yarışa əks etdirə bilmir.

Antonio Covinatsi: “Türkiyədə yenidən yarışmaq üçün səbirsizlənirəm. Son yarış bizim üçün çətin keçdi və daha yaxşı nəticə əldə edə bilərdik. Ancaq onlar geridə qaldı və gələcəyə baxmalıyıq.

Keçənilki İstanbul yarışını xatırlayıram. Qeyri-adi yarış idi. Bu il də hər şeyə hazır olmalıyıq. Soçidəki nəticə bizi ruhlandırıb. Bu həftəsonu da yaxşı nəticə almaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*