P.Verlyayn testlərdə iştirak edəcək

Paskal Verlyayn sabah Barselonada başlayacaq ikinci qış testlərində Sauber C36-nın sükanı arxasına keçəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü Çempionlar Yarışında Felipe Massa ilə təmas yaşamış və ağır qəza etmişdi. 22 yaşlı sürücü daha sonra tibbi müayinədən keçə bilməyərək, birinci qış testlərini buraxmalı olmuşdu. Sauber komandası onu əvəzləmək üçün Ferrari-dən Antonio Covinatsini icarəyə götürmüşdü.

Amma Verlyayn bazar günü məşq zalında şəkil çəkdirərək, sosial şəbəkəsində paylaşıb. Bəzi resurslar gənc sürücünün sabah testlərdə iştirak edəcəyini yazıblar.

Antonio Covinatsi birinci testlərdə Verlyaynı layiqincə əvəz edərək xoş təəssüratlar qoymuşdu. Amma sabah başlayacaq testlərdə Verlyaynın yüklənmə vaxtı boynu ağrısa, onu yenidən kimin əvəz edəcəyi bilinmir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*