23 Sentyabr 2019, Bazar ertəsi - 07:04

P.Verlyayn Avstraliya Qran Prisini buraxacaq

P.Verlyayn Avstraliya Qran Prisini buraxacaq

Müəllif: Elçin Zodorov, redaktor

05:28 - 25 Mart, 2017

Alman sürücü hesab edir ki, kifayət qədər məşq edə bilmədiyindən, fiziki hazırlığı yarış məsafəsini qət etməyə imkan verməyəcək.

F-1.az bildirir ki, onu sərbəst yürüşlərin üçüncü sessiyasında, sıralanma turunda və yarışda Antonio Covinatsi əvəzləyəcək.

Paskal Verlyayn: “Yarışa çıxmaq üçün fiziki hazırlığım lazımi səviyyədə deyil. Mən dünən axşam komandaya vəziyyəti izah etdim və risk etməməyi qərara aldıq. Heyifslənirəm, lakin bu, komanda üçün ən yaxşı qərardır”.

Monişa Kaltenborn: “Paskalın peşəkarlığına və dürüstlüyünə böyük hörmətimiz var. Bu qərarı vermək onun üçün asan olmadı, lakin əsl komanda oyunçusu olduğunu göstərdi. İndi onun fiziki hazırlığına diqqət yetirməliyik. Bu vəziyyətdə risk etmək istəmədik. Planlaşdırıldığı kimi, Paskal Çində sükan arxasında əyləşəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 644
Teqlər , , , ,
Paylaş

logo