Niko Rosberq: Kimi supermen deyil, amma o, çox sakitdir

Madrinqdə Sky Sports-a müsahibəsində 2016-cı ilin dünya çempionu Niko Rosberq titul uğrunda həlledici mübarizələrdə psixoloji təzyiqdən danışıb…

Niko Rosberq: “Hamımız insanıq. Kimi supermen deyil. O da ətdən-qandan olan insandır. Vaxtilə mən o qədər həyəcanlanırdım ki, maşını çətinliklə idarə edirdim. Mövsümün sonu yaxınlaşdıqca poul uğrunda mübarizə aparmaq və yarışlar qazanmaq mənim üçün daha da çətinləşirdi – beynimi axmaq bir səhvə və ya asanlıqla baş verə biləcək hansısa hadisəyə görə arzumı itirmək qorxusu bürüyürdü.

Nə vaxtsa Kimi də bunu hiss edəcək, amma hələlik görürəm ki, o, sadəcə inanılmaz dərəcədə təmkinli və sakitdir. Hətta Toto da buna inana bilmir”.

,