10 Dekabr 2018, Bazar ertəsi - 21:34

Bəhreyn-2016: Yarış

Bəhreyn-2016: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:08 - 03 Aprel, 2016

Əgər mövsümün Albert Parkda ilk yarışı gözlənilməz gedişatla və nəticələrlə yadda qalırsa, güc qurğusunun effektivliyinə tələbkar olan Bəhreyn yarışı qüvvələr nisbətindəki dəyişiklikləri qiymətləndirməyə imkan verir.

Həftəsonu əvvəlki illərlə müqayisədə çox soyuq keçib, günorta havanın hərarəti +25 dərəcəyə ancaq çatıb, ona görə də komandalar səhrada yarışın əsas faktorlarından biri olan isti havadan məhrum olublar, əvəzində başqa bir faktor üzə çıxıb – soyuq havada təkər tərkiblərinin sürət fərqi gözlənildiyindən çox olub, ona görə də strateqlər planlarına düzəlişlər etməli olublar.

F-1.az xatırladır ki, start düzümünün ilk iki cərgəsi eynilə Albert Parkdakı kimi alınıb – dünən Həmilton həlledici dəvrəsində mövsümün ardıcıl ikinci poulunu qazanıb, Rosberq ona cəmi 0.077 saniyə uduzub, ikinci cərgəni isə Fettel və Rəykkönen tutublar.

McLaren Honda komandasında həkimlər Fernando Alonsonun sükan arxasına oturmasına icazə verməyiblər, onu komandanın ehtiyat sürücüsü Stoffel Vandorn əvəz edib – elə debüt sıralanma turunda belçikalı sürücü Censon Battonu üstələyərək 12-ci nəticə göstərib.

Sıralanma turunda Paskal Verlyayn hamını təəccübləndirib – Manor-un sükanı arxasında almaniyalı sürücü ilk sessiyada mübarizəni dayandıranlar arasında ən yaxşı olub.

Sıralanma turu isə yeni formatla keçirilib, bu gün komanda başçıları Berni Ekklstoun və Jan Todtla görüşsələr də, köhnə formata qayıtmaq məsələsində razılıq əldə olunmayıb.

Kevin Maqnussen yarışa pit-leyndən başlamalı olub – cümə günü danimarkalı sürücü tərəzində çəkilməyə getmədiyi üçün stüardlar tərəfindən ağır cəza almışdı.

İlk səkkiz yerdən start alan sürücülər dünən ikinci sessiyada istifadə etdikləri SuperSoft təkərlərlə starta çıxıblar. Startda Sayns, Kvyat, Verlyayn, Eriksson, Haryanto, Nasr və Maqnussen Soft tərkibinə üstünlük veriblər, digər sürücülər isə qırmızı təkərləri seçiblər.

Qızdırma dövrəsində Fettelin maşınında motor işləməkdən imtina edib, sıx tüstü buraxan motoru söndürən almaniyalı sürücü təhlükəsizlik zonasında dayanıb. Colion Palmer isə pit-leynə yönəlib – hidravlik problemlər üzündən britaniyalı sürücü yarışda start ala bilməyib.

Startda Rosberq liderliyi ələ alıb. Bottas ilk döngədə Həmiltonla təmas yaşayıb – zərbə güclü alınıb, Lyuis yerində fırlanıb. Hər iki sürücü yer itirərək mübarizəyə davam ediblər. Rəykkönenin də startı uğurlu alınmayıb.

İkinci dövrəsində Hülkenberq təkərlərini dəyişmək üçün boksa yönəlib, Pereslə təmasdan sonra Saynsın maşınında təkər deşilib – Sayns təkərlərini, Peres isə burun elementini dəyişməli olub. 2-ci dövrənin sonunda ilk onluq: Rosberq – Massa – Bottas – Rikkardo – Rəykkönen – Qrojan – Həmilton – Qutyerres – Ferstappen – Batton.

Kvyat Verlyayn və Peresi üstələyərək 12-ci yerə yüksəlib. 5-ci dövrədə Rosberqin Massa üzərində üstünlüyü 7 saniyəyə çatıb. Rəykkönen əvvəlcə Rikkardonu, sonra isə Bottası ötərək 3-cü yerə yüksəlib.

7-ci dövrədə Rikkardo yeni təkərlərə keçib, Batton isə maşınını trasda saxlamalı olub – güc qurğusu sıradan çıxıb. Növbəti dövrədə Massa pit-stopa yönəlib, Həmilton isə Bottası üstələyərək ilk üçlüyə qayıdıb.

9-cu dövrədə Bottas və Qutyerres mexaniklərinə baş çəkiblər. Bu zaman stüardlar ilk döngədəki insidentə görə Bottası pit-leyndən keçməklə cəzalandırıblar. Növbəti dövrədə finlandiyalı sürücü cəzasını çəkməyə yollanıb.

11-ci dövrədə Qutyerres boksda dayanıb, Ferstappen və Nasr yeni təkərlər alıblar, Vandorn isə Hülkenberqi üstələyib. Növbəti dövrədə Qrojan və Verlyayn təkərlərini dəyişiblər, Ferstappen isə Peresi keçərək 11-ci yerə yüksəlib.

13-cü dövrədə Rəykkönen mexaniklərinə baş çəkib və yeni təkərlərlə Rikkardo və Massanın arxasına düşüb. Felipe əvvəlcə Danieli, sonra isə Kimini buraxıb, daha sonra isə Kimi avstraliyalı sürücünü də üstələyib.

14-cü dövrədə əvvəlcə Rosberq, sonra isə Həmilton ilk pit-stoplarını reallaşdırıblar. Rəykkönen isə Kvyatı da üstələyib. Rosberq trasa 1-ci yerdə qayıtsa da, Həmilton yalnız 6-cı ola bilib.

15-ci dövrədə Peres, 17-ci dövrədə isə Kvyat sonuncu olaraq ilk pit-stop gerçəkləşdiriblər. Bu zaman Həmilton Rikkardonu üstələyərək yenə də 3-cü yerə yüksəlib. Hülkenberq isə ikinci dəfə mexaniklərinə qonaq olub. Haas-ın sükanı arxasında Qrojan Williams-da Massanı keçib.

20-ci dövrədə Ferstappen də Massanı ötərək 6-cı yerə qalxıb. Arxada Kvyat Verlyaynı, Nasrı və Erikssonu keçərək onluğa daxil olub. 22-ci dövrənin sonunda ilk onluq: Rosberq – Rəykkönen – Həmilton – Rikkardo – Qrojan – Ferstappen – Massa – Vandorn – Bottas – Kvyat.

24-cü dövrədə Qrojan Rikkardonu üstələyib – mövsümün əvvəlində heç kim inanmazdı ki, Haas Red Bull-u 4-cü yer uğrunda mübarizədə üstələyəcək. Kvyat isə Bottası keçib.

25-ci dövrədə Rikkardo boksa baş çəkib – mexaniklər bir qədər ləngiyiblər. Növbəti dövrədə Vandorn pit-stop edib, Rikkardo isə Bottası üstələyib. 27-ci dövrədə Ferstappen, 28-ci dövrədə Qrojan, növbəti dövrədə Həmilton, daha sonra isə Rəykkönen yeni təkər dəstinə keçiblər. Qrojan və Ferstappen Bottası keçiblər, Rikkardo isə Kvyat və Massanı qabaqlayıb.

30-cu dövrədə Massa, növbəti dövrədə isə Rosberq, Verlyayn və Eriksson pit-stop reallaşdırıblar. Rosberq trasa 1-ci yerdə qayıdıb. Sayns mübarizədən kənar qalıb. Qrojan və Ferstappen Kvyatı keçiblər və Daniil təkərlərini dəyişmək üçün boksa tələsib. Massa Vandornu, Hülkenberq və Eriksson Peresi, Kvyat isə Maqnusseni qabaqlayıb. 36-cı dövrənin sonunda ilk onluq: Rosberq – Rəykkönen – Həmilton – Rikkardo – Qrojan – Ferstappen – Massa – Vandorn – Kvyat – Maqnussen.

Verlyayn Peresi üstələyərək 12-ci yerə yüksəlib. 38-ci dövrədə Rəykkönen sonuncu dəfə pit-stop edib. 2 dövrə sonra Maqnussen və Rosberq də boksa yollanıblar.

Kvyat Vandornu üstələyib. 41-ci dövrədə Qrojan yeni təkərlərə keçərkən mexaniklər ləngiyiblər. 42-ci dövrədə Həmilton sonuncu dəfə mexaniklərinə baş çəkib.

46-cı dövrədə Qrojan Massanı üstələyib. 51-ci dövrədə Kvyat Bottası üstələyib və əks-hücumunu dəf edib. Verlyayn Hülkenberqi keçib, Ferstappen də Massanı geridə qoyub. Sonuncu dövrədə isə Kvyat da Massanı qabaqlayıb.

Niko Rosberq Bəhreyndə finiş xəttini ilk keçərək mövsümdə ikinci, ardıcıl olaraq beşinci, karyerasında isə 16-cı qələbəsini qazanıb. Almaniyalı sürücü şəxsi hesabda üstünlüyünü artırıb.

Kimi Rəykkönen keçən il olduğu kimi Bəhreyndə yenə də ikinci olub, amma mövsümün ilk yarışında olduğu kimi yalnız bir Ferrari maşını finişə çatıb. Lyuis Həmilton isə podiumu tamamlayıb.

İki həftə əvvəl hamını komandasının debüt yarışında 6-cı yerlə təəccübləndirən Qrojan bu dəfə 5-ci olub. Stoffel Vandorn isə debüt yarışındaca McLaren komandasına mövsümün ilk xalını qazandırıb.

İki həftədən sonra mübarizə Şanxayda davam edəcək!

YARIŞIN NƏTİCƏLƏRİ:

YerSürücüKomandaZaman/FərqPit
1Niko RosberqMercedes AMG1:33:34.6963
2Kimi RəykkönenFerrari+ 0:10.2823
3Lyuis HəmiltonMercedes AMG+ 0:30.1483
4Daniel RikkardoRed Bull+ 1:02.4943
5Roman QrojanHaas+ 1:18.2993
6Maks FerstappenToro Rosso+ 1:20.9293
7Daniil KvyatRed Bull+ 1 dövrə3
8Felipe MassaWilliams+ 1 dövrə2
9Valtteri BottasWilliams+ 1 dövrə3
10Stoffel VandornMcLaren+ 1 dövrə3
11Kevin MaqnussenRenault+ 1 dövrə3
12Markus ErikssonSauber+ 1 dövrə2
13Paskal VerlyaynManor+ 1 dövrə3
14Felipe NasrSauber+ 1 dövrə3
15Niko HülkenberqForce İndia+ 1 dövrə4
16Serxio PeresForce İndia+ 1 dövrə3
17Rio HaryantoManor+ 1 dövrə3

 

Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:34.482 (41-ci dövr, 206.210 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Karlos SaynsToro Rosso30
Esteban QutyerresHaas10əyləc
Censon BattonMcLaren7ERS
Sebastyan FettelFerrari0motor
Colion PalmerRenault0hidravlik sistem

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerSürücüÖlkəKomandaXal
1Niko RosberqMercedes AMG F1 Team50
2Lyuis HəmiltonMercedes AMG F1 Team33
3Daniel RikkardoRed Bull Racing24
4Kimi RəykkönenScuderia Ferrari18
5Roman QrojanHaas F1 Team18
6Sebastyan FettelScuderia Ferrari15
7Felipe MassaWilliams Martini Racing14
8Maks FerstappenScuderia Toro Rosso9
9Niko HülkenberqSahara Force İndia F1 Team6
10Daniil KvyatRed Bull Racing6
11Valtteri BottasWilliams Martini Racing6
12Karlos SaynsScuderia Toro Rosso2
13Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes83
2Scuderia FerrariFerrari33
3Red Bull RacingRenault30
4Williams Martini RacingMercedes20
5Haas F1 TeamFerrari18
6Scuderia Toro RossoFerrari11
7Sahara Force India F1 TeamMercedes6
8McLaren Honda Formula 1 TeamHonda1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 614
Teqlər , , , ,
Paylaş

logo