L.Həmilton etdiyi hərəkətin səbəbini açıqlayıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Kanadada dövrəvi Ləns Strollu keçərkən, etdiyi hərəkətin səbəbini açıqlayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü dövrəvi Strollu keçərkən, 18 yaşlı sürücüyə baş barmağını göstərmişdi. Formula1 ictimaiyyəti əvvəlcə elə düşündü ki, debütant sürücü üçqat Dünya Çempionuna çətinlik törətmədiyi üçün Həmilton bu hərəkəti edib, lakin, 32 yaşlı sürücü bildirib ki, bu hərəkətin səbəbi Strollun öz vətənindəki mükəmməl çıxışı olub.

Lyuis Həmilton: “Çətin mövsüm keçirdiyini bilirəm. Sonuncu yerdə idi və mövsümün əvvəlindən sərt tənqidlər eşidirdi. Formula1-ə 18 yaşında və idmanın ən çətin dövrlərindən birində gəldi. Kanadada əla iş gördü və mən də ona bunu göstərmək istədim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*