L.Həmilton: “Problem mühərrikdə deyil”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sıralanma turu çətin keçib.

F-1.az xatırladır ki, Jil Vilnöv trasının altıqat qalibi bərbad sıralanma turu performansından sonra 4-cü ola bilib.

Lyuis Həmilton: “Sıralanma turu çətin keçdi. Dövrələrim yaxşı deyildi. Təkmilləşib sürətli ola bilmədim. Çətin idi və yaxşı dövrə vura bilmədik. Sərbəst yürüşlərdə işlər qaydasında idi. Sonuncu sərbəst yürüşlərdə ən sürətli ola bilərdim, amma sıralanma turunda güclü ola bilmədim.

Bu performansın mühərriklə əlaqəli olduğunu düşünmürəm. Sebastyan son sessiyada əla iş gördü. Ön tərəfdə mübarizə çox yaxındır. Sıralanma turunda yaxşı dövrə vura bilmədik və mühərriklə bağlı problem yoxdur. Dördüncü yerdən başlayıb qalib gəlmək çətin olacaq. Lakin mümkünsüz deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*