Almaniya Qran Prisi: Birinci sərbəst yürüşlər

Quru. Buludlu. Havanın temperaturu +17°-18° C, trasın temperaturu +19°-23° C Bu gün səhər yağış yağmayıb və komandalar hazırladıqları yeniliklərlə və […]

Quru. Buludlu. Havanın temperaturu +17°-18° C, trasın temperaturu +19°-23° C

Bu gün səhər yağış yağmayıb və komandalar hazırladıqları yeniliklərlə və yenilənmiş Pirelli təkərlərilə məhsuldar işləyə biliblər – Silverstounda baş vermiş çoxsaylı insidnetlərdən sonra təkər istehsalçısı məhsulun konstruksiyasında dəyişiklik edib: təkərin əsasında polad təbəqə kevlar təbəqə ilə əvəz olunub.

Bundan başqa, dünən FİA təkərlərlə iş qaydasını tövsiyyə etmişdi – bütün komandalara ön və arxa təkərlərdə minimal təzyiq, təkərlərin maşında üfüqi və şaquli kənarlaşma bucaqları məsləhət olunan məktub göndərilmişdi, ona görə də mühəndislər bu düzəlişlərin effektliyini də qiymətləndiriblər.

Marussia komandasında özünü pis hiss etmiş Jül Byankini komandanın ehtiyat sürücüsü Rodolgo Qonsales əvəz edib.

Komandalar yeniliklərlə eksperimentlər keçiriblər. Əgər keçən Qran Pridə Lotus-un hazırladığı passiv DRS sistemi Kimi Rəykkönenin maşınına qoyulmuşdusa, bu dəfə Roman Qrojan yeniliyi yoxlayıb, Kimi isə komandanın hazırladığı digər yenilikləri yoxlayıb. Passiv DRS-i Mercedes AMG komandası Niko Rosberqin maşınında yoxlayıb.

Sessiyanın startından beş dəqiqə sonra Fernando Alonsonun maşınında elektronika problemləri üzə çıxıb. Sessiyanın ortasında ispaniyalı sürücü trasa qayıtsa da, bri dövrədən sonra boksa qayıdıb – maşında ECU işləməyib.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:31.754, Rosberq komanda yoldaşına az uduzub, Mercedes AMG sürücüləri sıralanma turu rejimində işlədiklər üçün rəqiblərini xeyli qabaqlayıblar.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 L.Həmilton Mercedes AMG Mercedes 1:31.754 25
02 N.Rosberq Mercedes AMG Mercedes 1:31.973 + 0.219 25
03 M.Uebber Red Bull Renault 1:32.789 + 1.035 22
04 A.Sutil Force İndia Mercedes 1:32.822 + 1.068 16
05 K.Rəykkönen Lotus Renault 1:32.956 + 1.202 22
06 F.Massa Ferrari Ferrari 1:33.065 + 1.311 18
07 C.Batton McLaren Mercedes 1:33.139 + 1.385 24
08 S.Fettel Red Bull Renault 1:33.213 + 1.459 20
09 R.Qrojan Lotus Renault 1:33.260 + 1.506 27
10 S.Peres McLaren Mercedes 1:33.456 + 1.702 18
11 P.di Resta Force İndia Mercedes 1:33.493 + 1.739 18
12 N.Hülkenberq Sauber Ferrari 1:33.810 + 2.056 20
13 D.Rikkardo Toro Rosso Ferrari 1:33.901 + 2.147 23
14 J.E.Vern Toro Rosso Ferrari 1:33.976 + 2.222 26
15 P.Maldonado Williams Renault 1:34.025 + 2.271 20
16 V.Bottas Williams Renault 1:34.200 + 2.446 22
17 E.Qutyerres Sauber Ferrari 1:34.437 + 2.683 24
18 Ş.Pik Caterham Renault 1:35.674 + 3.920 23
19 M.Çilton Marussia Cosworth 1:35.987 + 4.233 19
20 Q.van der Qarde Caterham Renault 1:36.078 + 4.324 23
21 R.Qonsales Marussia Cosworth 1:37.459 + 5.705 21
22 F.Alonso Ferrari Ferrari 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Almaniya Qran Prisi: Birinci sərbəst yürüşlər

Quru, hərdən kiçik yağış. Buludlu. Havanın temperaturu +16°-17° C, trasın temperaturu +17°-20° C Komandalar hələ iki həftə əvvəl Silverstoun yarışına […]

Quru, hərdən kiçik yağış. Buludlu. Havanın temperaturu +16°-17° C, trasın temperaturu +17°-20° C

Komandalar hələ iki həftə əvvəl Silverstoun yarışına bir çox yeniliklər hazırlamışdılar, amma pis hava üzündən onların effektliyini qiymətləndirə bilməmişdilər. Ona görə də komandalar Hokkenhaymda yeniliklərin testlərinə dərhal başlayıblar – sessiyanın əvvəlində səmanın üzünü qara buldular tutsalar da, tras hələ quru olub.

McLaren maşınlarında altlığın, qazburaxma sisteminin və yan pantonların konfiqurasiyası dəyişib, Lotus yeni DDRS sistemi hazırlayıb. Amma yarım saat quru trasda işlədikdən sonra yağış yağmağa başlayıb, ona görə də komandalar proqramlarına düzəlişlər ediblər.

Üç komanda trasa ehtiyat sürücülərini buraxıb – Valtteri Bottas Bruno Sennanı, Dani Klos Narain Kartikeyanı və Jül Byanki isə Pol di Resta əvəzləyib.

Yağış gah dayanıb, gah da yenidə yağıb, dəyişkən hava yeni və köhnə elementlərin müqayisəsinə mane olub. Sürücülərin çoxu trasdan çıxıb, son dəqiqələrdə 12-ci döngədə Bottas çınqıllığa düşüb. Protokollara isə Censon Batton başçılıq edib – 1:16.595…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 C.Batton McLaren Mercedes 1:16.595 27
02 L.Həmilton McLaren Mercedes 1:17.093 + 0.498 22
03 F.Alonso Ferrari Ferrari 1:17.370 + 0.775 21
04 M.Şumaher Mercedes AMG Mercedes 1:17.382 + 0.787 20
05 S.Peres Sauber Ferrari 1:17.413 + 0.818 28
06 N.Hülkenberq Force İndia Mercedes 1:17.599 + 1.004 17
07 N.Rosberq Mercedes AMG Mercedes 1:17.915 + 1.320 27
08 F.Massa Ferrari Ferrari 1:17.995 + 1.400 22
09 P.Maldonado Williams Renault 1:18.020 + 1.425 20
10 R.Qrojan Lotus Renault 1:18.130 + 1.535 21
11 K.Kobayaşi Sauber Ferrari 1:18.226 + 1.631 22
12 S.Fettel Red Bull Renault 1:18.339 + 1.744 21
13 V.Bottas Williams Renault 1:18.422 + 1.827 28
14 D.Rikkardo Toro Rosso Ferrari 1:18.709 + 2.114 30
15 K.Rəykkönen Lotus Renault 1:18.831 + 2.236 14
16 J.Byanki Force İndia Mercedes 1:18.972 + 2.377 21
17 J.E.Vern Toro Rosso Ferrari 1:19.039 + 2.444 34
18 V.Petrov Caterham Renault 1:19.674 + 3.079 24
19 H.Kovalaynen Caterham Renault 1:19.963 + 3.368 24
20 M.Uebber Red Bull Renault 1:20.122 + 3.527 27
21 Ş.Pik Marussia Cosworth 1:20.169 + 3.574 20
22 T.Qlok Marussia Cosworth 1:20.539 + 3.944 18
23 P.de la Rosa HRT Cosworth 1:21.138 + 4.543 24
24 D.Klos HRT Cosworth 1:21.740 + 5.145 27

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Almaniya Qran Prisi: Birinci sərbəst yürüşlər

Quru. Buludlu. Havanın temperaturu +14° C, trasın temperaturu +21° C Bu gün səhər komandalar ənənəvi bərk təkərlərlə yanaşı komandalar Soft […]

Quru. Buludlu. Havanın temperaturu +14° C, trasın temperaturu +21° C

Bu gün səhər komandalar ənənəvi bərk təkərlərlə yanaşı komandalar Soft tərkibinin yeni versiyasını da yoxlayıblar – Pirelli-nin mühəndisləri lazımi məlumat toplayıblar.

Niko Hülkenberq Force İndia-nın sükanı arxasında Pol di Restanı, Narain Kartikeyan Hispania-da Vitantonio Liutsini, Karun Çandhok isə Team Lotus-da Yarno trullini əvəz edib.

Komandalar Nürburqrinqə çoxlu yeniliklər gətiriblər, ona görə də əlavə təkər dətsindən yetərincə istifadə olunub. Lotus Renault GP komandası qazburaxma sisteminin iki versiyası ilə işləyib, digər maşınlarda da diffuzorlar yenilənib.

Hava proqnozu yağış vəd etsə də, yürüşlər quru asfaltda keçib, ciddi insident də yaşanmayıb, düzdür, son dəqiqələrdə Sebastyen Buemi beşinci döngədə trasdan çıxaraq çınqıllı sahəyə düşüb. Ən yaxşı nəticələr yumşaq təkərlərlə göstərilib, protokollara isə Fernando Alonso başçılıq edib…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Alonso Ferrari Ferrari 1:31.894 30
02 M.Uebber Red Bull Renault 1:32.217 + 0.323 24
03 S.Fettel Red Bull Renault 1:32.268 + 0.374 27
04 F.Massa Ferrari Ferrari 1:32.681 + 0.787 23
05 L.Həmilton McLaren Mercedes 1:32.996 + 1.102 18
06 C.Batton McLaren Mercedes 1:33.628 + 1.734 22
07 N.Rosberq Mercedes GP Mercedes 1:33.787 + 1.893 33
08 A.Sutil Force İndia Mercedes 1:33.832 + 1.938 27
09 N.Hülkenberq Force İndia Mercedes 1:33.858 + 1.964 26
10 M.Şumaher Mercedes GP Mercedes 1:33.863 + 1.969 31
11 V.Petrov Lotus Renault GP Renault 1:34.094 + 2.200 22
12 X.Algersuari Toro Rosso Ferrari 1:35.115 + 3.221 23
13 S.Buemi Toro Rosso Ferrari 1:35.371 + 3.477 20
14 R.Barrikello Williams Cosworth 1:35.389 + 3.495 24
15 N.Haydfeld Lotus Renault GP Renault 1:35.444 + 3.550 22
16 S.Peres Sauber Ferrari 1:36.371 + 4.477 22
17 H.Kovalaynen Team Lotus Renault 1:36.392 + 4.498 29
18 P.Maldonado Williams Cosworth 1:36.842 + 4.948 29
19 K.Kobayaşi Sauber Ferrari 1:36.882 + 4.988 27
20 N.Kartikeyan Hispania Cosworth 1:38.504 + 6.610 22
21 K.Çandhok Team Lotus Renault 1:38.765 + 6.871 19
22 D.Rikkardo Hispania Cosworth 1:39.279 + 7.385 24
23 T.Qlok Marussia Virgin Cosworth 1:40.109 + 8.215 23
24 J.D’Ambrozio Marussia Virgin Cosworth 1:40.428 + 8.534 22

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*