S.Fettel: “Hələlik ən yaxşı maşını söyləmək mümkün deyil”

Bəhreyn yarışından sonra bir çox ekspertlər Red Bull maşınlarının sürətdə və asfalta yatma qüvvəsində üstünlüyə malik olmasından danışıblar, amma Melburnda […]

Bəhreyn yarışından sonra bir çox ekspertlər Red Bull maşınlarının sürətdə və asfalta yatma qüvvəsində üstünlüyə malik olmasından danışıblar, amma Melburnda Sebastyan Fettel jurnalistlərə bildirib ki, komandanın forması barədə fikir söyləmək hələ tezdir…

Sebastyan Fettel: “Bəhreyndə Ferrari maşınları çox rəqabətədavamlı idilər, onlar elə mövsümöncəsi testlərdə də protokollara başçılıq edirdilər, amma trasda trasa vəziyyət dəyişə bilər – hələlik peletonda ən yaxşı maşını söyləmək mümkün deyil. Dörd komanda çox güclüdür, orta qrupda Force İndia çox rəqabətədavamlıdır – biz hələlik yalnız bir yarış keçirmişik, nəticə çıxarmaq hələ tezdir.

Biz Bəhreyndə qələbə qazana bilmədik, amma sübut etdik ki, bizim maşınımız sürətlidir. Cümə günü bəzi problemlər yarandı, amma şənbə və bazar günləri biz yaxşı formada idik, Melburnda da rəqabətədavamlı olmalıyıq. Yandırma şamı probleminin təkrarı azehtimallıdır, belə problem on ildə bir dəfə olur…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*