L.Həmilton tətildən qayıdıb

Bu gün Lyuis Həmilton onun üçün əlamətdar olan keçən ilin son yarışı Braziliya Qran Prisindən sonra ilk dəfə rəsmən McLaren-in […]

Bu gün Lyuis Həmilton onun üçün əlamətdar olan keçən ilin son yarışı Braziliya Qran Prisindən sonra ilk dəfə rəsmən McLaren-in sükanı arxasına oturub. Keçən il titul qazanan Lyuis çempionsayağı tətil keçirib, dincəlib və bu gün Portimaoda testlərə qoşulub.

Keçən həftə Uokinqdə yeni maşının təqdimetmə mərasimində o demişdi ki, qış tətillərinin ona xeyri olub: “Mənim bəxtim gətirdi ki, Milad Bayramında mənim boş vaxtım var idi. Mən dincəldim, rahatlandım, yarışlar barədə heç düşünmədim və normal həyat tərzi yaşadım.”

Bu gün Portimaoda Lyuis McLaren-in test pilotu Pedro de la Rosanı əvəz edib, sabah isə onu Heykki Kovalaynen əvəz edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*