06 Dekabr 2019, Cümə - 08:32

USF1: Komandaya təcrübəli sürücü lazım olacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:00 - 27 Fevral, 2009

USF1 komandasının idman direktoru Piter Uindzor bildirib ki, 2010-cu ildə komanda çox güman ki, ilk debüt ilində heyətinə daha təcrübəli […]

USF1 komandasının idman direktoru Piter Uindzor bildirib ki, 2010-cu ildə komanda çox güman ki, ilk debüt ilində heyətinə daha təcrübəli Formula1 sürücüsü dəvət etməyə üstünlük verəcək. Son nəticədə komandada yerli sürücülər çıxış etməlidirlər, amma Uindzorun sözlərinə görə ilk illərdə komandanın daha təcrübəli peşəkar sürücünün təcrübəsinə ehtiyac var…

Piter Uindzor: “Debüt ilində daha təcrübəli sürücüyə ehtiyacımız var. Bizə maşın haqqında bütün informasiya lazım olacaq, həm də testlər ildən ilə azaldılır. Onunla yanaışı ikinci maşında isə gənc amerikalı sürücü çıxış edə bilər. Əslində ilk mövsümdə sıfırdan yeni yaradılmaış komandada çıxış etməyə razı olan təcrübəli sürücü tapmaq asan deyil: o bizdən daha böyük nəticələr gözləyəcək…

Rubens Barrikello əla namizəd ola bilərdi, çünki onun Honda-da çətin mövsümlər təcrübəsi var və bunun bizə köməyi ola bilərdi. Censon Battonu bu rolda təsəvvür etmək çətindir, inanmıram ki, o bizim imkanları gördükdən sonra yarışlara 100% can yandırsın. Onun tələbləri yüksəkdir və belə bir sürücü ilə işləmək bizə çətin olardı.

Lakin biz yeni komandayıq və biz əvvəlcə gəzməyi öyrənməliyik, sonra isə qaçmağı.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 254
Teqlər
Paylaş

logo