25 Avqust 2019, Bazar - 02:54

Pirelli bir-iki pit-stopa ümid edir

Pirelli bir-iki pit-stopa ümid edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:16 - 26 İyun, 2011

Arxada qalan Qran Prilərdə pit-stopların sayı bəzən həddən çox olurdu, çoxları ümid edir ki, Valensiyada da belə olacaq – şəhər […]

Arxada qalan Qran Prilərdə pit-stopların sayı bəzən həddən çox olurdu, çoxları ümid edir ki, Valensiyada da belə olacaq – şəhər trası təkərlərə qarşı tələbkardır, amma uik-end ərəfəsində Pirelli seçimini dəyişib və SuperSoft-Medium cütlüyü əvəzinə Avropa Qran Prisinə Soft-Medium cütlüyünü gətiriblər, cütlüyün yeyilməsi isə elə də böyük olmayıb.

Pirelli bazar günü yarışda sürücülərin çoxunun bir-iki dəfə pit-stopa müraciət etməsini gözləyir…

Pol Hembri: “Ağ və sarı təkər cütlüyünün debütü uğurlu alındı, həm effektlik baxımından, həm də təkərin resursu baxımından. Valensiyada biz mövsümün ən cod asfaltında işləyirik, amma sürücülərin çoxunda bir-iki pit-stopa ümid edirik. Medium və Soft tərkibləri arasında sürət fərqi dövrədə bir saniyə olmalıdır.

Yeni Medium təkərləri yarışda 30 dövrə, Soft təkərləri isə 20 dövrə vurmağa imkan verməlidir – bu uik-endə bizim vəzifəmiz belə idi.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 304
Teqlər
Paylaş

logo