Gələcəkdə bolidlər necə görünəcəklər?

Formula1-in idman direktoru Ross Braun bildirib ki, gələcəkdə video oyunlardakı kimi həyəcanverici bolidlər olacaq.

F-1.az bildirir ki, son illərdə bolidlərin dizaynı azarkeşlər tərəfindən bəyənilmir və əksəriyyət keçmişdəki aqressiv maşınları arzulayır.

Ross Braun: “Bir müddətdir bolidlərin üzərində işləyən konstruktorlarımız var və bolidin estetikası çox vacibdir. Məncə, Halonu bolidə uğurla yerləşdirdik, çünki hazırda sonradan qoyulmuş kimi görünür. Amma fanlar mükəmməl görünməsini istəyirlər. Hamı istəyir ki, bolidlər video oyunlardakı kimi görünsün, lakin video oyunlar Formula1-dən ilham almalıdır. Əksi olmamalıdır. Məncə, həyəcanverici görünəcəklər. Gələcəkdə gözəl bolidlərimiz olacaq və bu da Liberty Media üçün vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*