21 Avqust 2019, Çərşənbə - 03:23

N.Haydfeld: “Ümid edirəm ki, testlərə qədər sağalacam”

N.Haydfeld: “Ümid edirəm ki, testlərə qədər sağalacam”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:46 - 08 Mart, 2011

Öz rəsmi saytında Nik Haydfeld mövsümöncəsi testlərin sonuncu seriyasına hazırlıqdan danışıb… Nik Haydfeld: “Bəhreyndə testlərin və yarışın təxirə salınması üzündən […]

Öz rəsmi saytında Nik Haydfeld mövsümöncəsi testlərin sonuncu seriyasına hazırlıqdan danışıb…

Nik Haydfeld: “Bəhreyndə testlərin və yarışın təxirə salınması üzündən Barselona testlərinə hazırlıq üçün kifayət qədər vaxtımız var idi, mən testlərin birinci və sonuncu günü sükan arxasında oturacam.

Keçən testlərdən sonra mən fiziki məşqlərimi davam etdirirdim və bir neçə tədbirdə iştirak etdim, məsələn, digər sürücülərlə birlikdə Ənstounda bazada oldum, komandanın tərəfdaşları ilə görüşdüm, maşını onlara göstərdim. R31 boyanma sexindən təzəcə qayıtmışdı, testlərdə aldığımız bütün cızıqlar aradan qaldırılmışdı. Biz yaxşı dincəldik, mövsümdən əvvəl bir-birimizlə yaxından tanış olduq.

Keçən həftə mən Vitaliy və Bruno ilə birlikdə Cenevrə avtosalonunda oldum – biz Lotus-un stendində jurnalistlərin suallarına cavab verdik, azarkeşlərlə görüşdük və avtoqraflar verdik. Bundan başqa mən keçmiş komanda yoldaşım – Jan Alezi ilə görüşdüm, Jan ağ karbonlu Lotus Evora-nın üzərindən pərdəni açdı.

Bu gün mən Barselonaya gəlmişəm və sabah testlərə qədər soyuqdəymədən sağalmağa çalışacam. Səbirsizliklə sükan arxasına qayıtmağı gözləyirəm. Həftənin sonunda isə Avstraliyaya yollanacam.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 214
Teqlər
Paylaş

logo