F.Alonso etiraf edib

Fernando Alonso Aston Martin komandası ilə müqaviləsinin ikiillik olduğunu təsdiqləyib.

F-1.az xatırladır ki, Sebastyan Fettelin təqaüdə çıxmasından sonra Alonso gözlənilmədən Aston Martin-in yolunu tutub. Hamı bu keçidi təəccüblə qarşılayıb.

Fernando Alonso: “Planım Formula1-ə qayıtmaq idi və yaşadığım çətinliklər hər cəhətdən dəyərli idi. Mənim üçün əsas çətinlik zirvəyə qayıtmaq idi və hazırda özümü yaxşı hiss edirəm. İndi isə fərqli komanda ilı ikiilik müqavilə imzaladım. İdman mənim həyatımdır. Düzdür, bir gün gedəcəm, amma hazırda yarışmaqdan həzz alıram.

2018-ci ildə idmandan gedəndə həm fiziki, həm də zehni cəhətdən tükənmişdim. Geri qayıdandan sonra özümü yaxşı hiss edirəm. Nə vaxt gedəcəm bilmirəm, amma avtoidmanı heç vaxt tərk etməyəcəm. Formula1-dən həzz almayanda təqaüdə çıxacam, amma indi hər şey yaxşıdır.

20 yaşınız olanda 40 yaşınızda bildiklərinizi bilmirsiniz. Təcrübə sizə kömək edir. Belə hallarda nəyin çətin olduğunu bilirsiniz. Lakin yaş da sizi bəzən bağışlamır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*