F.Alonso ölkəsində seriyasını davam etdirmək istəyir

Alpine komandasının sürücüsü Fernando Alonso güclü performansını vətəni İspaniyada da davam etdirmək istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Portuqaliyada sıralanma turunda 13-cü olsa da, yarışda mükəmməl performans göstərərək, 8-ci ola bilib.

Fernando Alonso: “İspaniyaya qayıtdığım üçün sevincliyəm. Öz ölkənizdəki yarış həmişə xüsusi olur. Barselonada xoş xatirələrim var. Bu trası bütün sürücülər yaxşı tanıyırlar. Burada hər mövsüm yarışlar olur. Kataloniya trasında çoxlu sürətli döngələr var. Eyni zamanda yarış Portuqliyadan sonra gəlir və tempimizi davam etdirə bilərik.

İspaniyada ötmə etmək çətindir. Buna görə də sıralanma turu çox vacib olacaq. Həftəsonu harada olduğumuzu görəcəyik. Hədəfimiz xal almaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*