J.Todt: “Alonso fərqlidir”

FİA-nın prezidenti Jan Todt bildirib ki, Fernando Alonsonun karyerası istisna təşkil edir.

F-1 xatırladır ki, ispaniyalı sürücü Formula1-dən başqa seriyalarda da yarışıb və müasir sürücülər arasında bunu edən yeganə pilotdur. İkiqat Dünya Çempionu 2017-ci ildə İndy500-də yarışmaq üçün Monako Qran Prisindən imtina etmişdi. 2018-ci ildə isə həm Formula1-də, həm də WEC-də mübarizə aparmışdı. Alonso gələn il də Dakar rallisində yarışmağa hazırlaşır.

Jan Todt: “Alonsonun karyerası xüsusidir. Çünki sərbəst idi. Əvvəl Formula1-də yarışdı və sonra dözümlülük yarışlarına keçdi. İndi isə Dakarda yarışmağa hazırlaşır. Bu, keçmiş zamanlarda mümkün idi. İndi peşəkarlıq o qədər artıb ki, fərqli seriyalarda mübarizə aparmaq mümkünsüz görünür.

Formula1 sürücülərinin vaxtı azdır. Gələn ildən 22 yarış olacaq və yarışları təhlil etmək, simulyatorda işləmək və mühəndislərlə danışmaq üçün vaxt lazımdır. Sürücülərin heç vaxtı yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*