J.Todt: Mixael mübarizə aparır

FİA-nın prezidenti Jan Todt bildirib ki, Mixael Şumaxer hələ də qəzadan qalan problemlərlə mübarizə aparır.

F-1.az xatırladır ki, almaniyalı Formula1 əfsanəsi 2013-cü ilin dekabr ayında xizək sürərkən qəza etmiş və başından ciddi xəsarət almışdı. Mixaelin sağlamlığı barədə hələ də dəqiq məlumat yoxdur. Bəzi iddialara görə yeddiqat Dünya Çempionu nə hərəkər edə bilir nə də danışa bilir.

Hazırda Şumaxeri çox az adam görə bilir və onu görənlərdən biri də köhnə dostu Jan Todtdur.

Jan Todt: “Mixaelin xizək qəzasından sonra onun yoldaşı Korinna ilə çoxlu vaxt keçirmişəm. O, yaxşı qadındır və ailəsini yaxşı idarə edir. Bu cür hadisəni heç gözləmirdi. Hər şey gözlənilmədən baş verdi və o, bu hadisələrlə mübarizə aparmalı idi. Korinnanın və həkimlərin səyləri nəticəsində Mixael sağ qaldı. Lakin qəzanın pis nəticələri oldu və hazırda Mixael onlarla mübarizə aparır. Ümid edirik ki, sağalacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*