B.Ekklstoun: “Todt idmana qayğı göstərmir”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Jan Todt hazırda Formula1-ə lazımi qayğını göstərmir.

F-1.az bildirir ki, Jan Todt 2009-cu ildə FİA-nın prezidenti olduqdan sonra əsasən daha təhlükəsiz yol maşınlarının layihələri üzərində işləyir.

Berni Ekklstoun: “Formula1-in gələcəyindən narahatam. Jan Todtun işləri çoxdur və fərqli sahələrə fokuslanıb. 24 saat işləyir, amma Formula1-ə lazımi qayğını göstərmir. Əsas işi yol təhlükəsizliyi layihələridir. Amma bunu edərkən idmana fokuslanmağı da unutmamalıdır. Liberty Media indiki halda Formula1-ə zərər verə bilər və ya dağıda bilər. Çünki təcrübələri azdır. Jan və mən orada olanda idmanın gələcəyini inşa edirdik. Ümid edirəm ki, Jan yenidən idmana nəzarət edər və idmanın yaxşılığı üçün hərəkət edər. FİA öz krallığını idarə etməlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*