L.Norris: Alonso çempion ola bilər

Britaniyalı sürücü bu barədə sosial şəbəkələrdəki şəxsi hesabında fikir bildirib.

F-1.az xəbər verir ki, Lando öz dəbilqə kolleksiyasını da nümayiş etdirib və onlardan birini Fernando Alpine-da olarkən hədiyyə edib.

Lando Norris: “Fernando Alonso! O, bu il dünya çempionu ola bilər. Təsəvvür edə bilərsiz?”.

Norris 2021-ci ildə Alonsodan dəbilqə hədiyyə alarkən, ispan sürücü ona bu sözləri yazıb: “Sən rok ulduzusan! Gələcəkdə Landoya ən yaxşısını arzulayıram.”
Daha əvvəl Fernando Alonso və Maks Ferstappen müsahibələrində Norrislə münasibətlərindən danışmışdılar.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*