F.Alonso: “Yeni sıralanma turuna tez öyrəşəcəyik”

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, yeni mövsümdən etibarən tətbiq ediləcək sıralanma turu formatı yarışlara çox təsir etməyəcək və komandalar qısa müddət ərzində yeni formata öyrəşəcəklər.

F-1.az xatırladır ki, sıralanma turu formatı 2006-cı ildən bəri dəyişmirdi. Yeni sıralanma turu formatında hər 90 saniyədən sonra bir sürücü mübarizədən kənarlaşdırılacaq.

Fernando Alonso yeni sıralanma turu formatını dəyərləndirib: “Çox istedadlı və çox ağıllı heyətimiz var. Onlar qaydaları çox yaxşı anlayacaqlar və biz də qaydaları vaxt keçdikcə anlayacayıq.

Hər şeyi doğru və yerində etmək üçün riyazi hesablamalar aparmalıyıq, ona görə də mən düşünmürəm ki, bunun üçün adaptasiya müddəti lazım olsun. Pilotlar üçün heç bir şey dəyişməyəcək. Vaxtı gələndə sürətli dövrələr atmağa başlayacayıq. Kənardan baxanda daha çətin görünəcək, çünki sistemi başa düşmək üçün vaxt lazımdır.

Mən düşünürəm ki, dəyişiklik lazım deyildi. Formula1 bəzən çox qarışıq olur və kənardan baxanda başa düşmək çətin olur.

Bir dənə sıralanma turunu başa düşmək asan idi. Onu da dəyişdirdik. Görək fanlar yeni formata öyrəşə biləcəkmi?”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*