Fernando Alonso Aston Martin-in formasını geyinib

Bu il ikiqat dünya çempionu Aston Martin-də yarışacaq və əslində onun britaniyalılarla işbirliyi keçən ilin mövsümdən sonrakı testlərdə - Əbu Dabidə başlayıb.

F-1.az xəbər verir ki, testlərdə onun kombinezonunda və ya maşınında sponsor loqoları yox idi, çünki o anda ikiqat dünya çempionunun hələ də Renault-nun Alpine zavod komandası qarşısında rəsmi öhdəlikləri var idi, buna görə də arzuolunmaz münaqişələrin qarşısını almaq vacib idi.

Ancaq yanvar ayından etibarən ikiqat dünya çempionunun karyerasında yeni bir fəsil başlayıb və Aston Martin sosial şəbəkələrdə Alonsonu artıq bu komandanın yaşıl formasında gördüyümüz qısa bir video yerləşdirməklə bunu vurğulamağa tələsib.

O, təmkinlə gülümsəyərək bircə cümlə deyir: “Mən Fernando Alonsoyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*