Rəqibləri Alonsonu tənqid ediblər

Fernando Alonsonun rəqibləri ispaniyalı sürücünün Monako yarışından imtina edib İndy500 seriyasında yarışmağı seçməsini birmənalı qarşılamayıblar.

F-1.az xatırladır ki, 35 yaşlı sürücü Monakoda yarışmaqdan imtina edərək İndy500 seriyasında çıxışa üstünlük verib.

2015-ci ildə 24 saatlıq Le Man marafonunda qalib gəlmiş Niko Hülkenberq Alonsonun bu hərəkətini belə dəyərləndirib: “Mənim vəziyyətim fərqli idi. Mən onun kimi Formula1 yarışından imtina etmədim. Xüsusən də, Monako yarışından imtina etməzdim. Mən də bu qərara hamı kimi təəccübləndim. İndy500 barədə çox məlumatım yoxdur, ancaq o, oval traslarda heç vaxt sürməyib. İlk yarışda qalib gələcəyini düşünürsünüz? Mən ən az yarım il testlərdə oldum. Çətin mübarizəyə bənzəsə də, Alonso çətinliyi sevəndir”.

Roman Qrojan: “Bunu etməzdim. Əlimdən gələnin ən yaxşısını edirəm. Burada komanda üçün işləməyə gəlmişəm. NASCAR-da yarışmaq istəyərəm, amma Haas və Honda kimi layihələrdə iştirak edirsinizsə, komandanın yüksək səviyyəli çıxışı üçün işləməlisiniz. Fernandonun bu qərarına təəccübləndim. Formula1 sürücüsünün İndianapolisə getməsi avtoidman üçün əla xəbərdir, amma bunu karyeranızı bitirdikdən sonra da edə bilərsiniz. Mən komandamdan ayrılıb getməzdim”.

Felipe Massa: “Niko Hülkenberqin Le Manda yarışması kimi Formula1 həftəsonuna düşməsəydi, heç kim bu qədər təəccüblənməzdi. Formula1 yarışından imtina edib, başqa yarışa çıxmaq böyük sürpriz oldu. Bəlkə qərarın arxasında bilmədiyimiz amillər var. Bunu Fernandomu istədi, komandamı istədi və ya Honda istədi, bilmirik. Amma Fernandonun oradakı yarışını qətiliklə izləyəcəm”.

Serxio Peres: “Monako yarışından imtina etməzdim. O yarış mənim favoritimdir. Amma başqa seriyalarda iştirak etmək istəyərəm. İndyCar-a marağım var və İndy500 ilin ən böyük yarışlarındandır.

Fernandonun ən böyük üstünlüyü yarışa nəzarət edə bilməsidir. İndyCar-da son 10 dövrə çox vacibdir. Buna görə də yaxşı nəticə alacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*