18 Noyabr 2019, Bazar ertəsi - 03:34

V.Malya: “Hər yarış nəsə baş verdi”

V.Malya: “Hər yarış nəsə baş verdi”

Müəllif: Rauf Hacıyev, redaktor

17:48 - 09 May, 2016

Force İndia komandasının rəhbəri Vicey Malya bildirib ki, Avropa mövsümünün ilk yarışı olan İspaniya QP-yə çoxlu yeniliklərlə gələcəklər və bu bolid ilk yarışlardakı bolidlərdən fərqlənəcək.

F-1.az xatırladır ki, hindistanlılar VJM09 üçün böyük yenilik paketi hazırlayıblar və onlar düşünürlər ki, bu yeniliklər komandanı istənilən səviyyəyə çatdıracaq.

Bazar ertəsi jurnalistlərin suallarını cavablandıran Vicey Malya bildirib ki, həm Peres üçün, həm də Hülkenberq üçün yeniliklər tam hazırdır: “Cümə günü hər iki boliddə də yeni paketlər quraşdırılacaq. Gətirdiyimiz yenilik paketi hərtərəflidir və bolidlər fərqli görünəcək”.

Qeyd edək ki, bu mövsüm həm Hülkenberqin, həm də Peresin bəxti gətirmir. Sonuncu Rusiya yarışında Hülkenberq ilk döngədə insident yaşayaraq, yarışı vaxtından əvvəl dayandırmışdı və Peresin isə ilk döngədə təkəri deşilmişdi və meksikalının bütün ümidləri elə yarışın əvvəlində ölmüşdü.

Peres ümid edir ki, komanda İspaniyadan etibarən hər yarış xal toplamağa başlayacaq: “Təmiz yarış olmadı, amma təslim olmadıq və geridönüş edərək xallar qazandıq. Mövsümə çətinliklərlə başladıq, amma dəyişikliyin faydasını görürük. Soçidəki performansımız hamıya motivasiya verdi.

Barselonada yeniliklərimizi göstərmək üçün ilk şansımız olacaq. Cümə günü böyük gün olacaq, çünki həmin gün hər şeyi anlamaq üçün işləyəcəyik. Boliddə yeni detalları yoxlamaq həmişə bizi həyəcanlandırır”.

Vicey Malya ümid edir ki, onlar pis gedişatı geridə qoyublar: “Mövsümün əvvəlindən bəri təmiz bir yarış keçirə bilməmişik. Hər yarış qəzalar, təhlükəsizlik avtomobilləri və qırmızı bayraqlar çıxdı. Ümid edirəm ki, pis gedişatı geridə qoymuşuq.

Biz Soçidə öz potensialımızı göstərə bilmədik, amma sıralanma və yarış tempimiz bizi cəsartələndirdi. Bolid daha yaxşı vəziyyətdədir və bu gələcək üçün yaxşı xəbərdir. Qarşıda 17 yarış var və mən inanıram ki, bizim ən yaxşı yarışlarımız qabaqdadır. Bu marafondur, yaxın məsafəyə qaçış deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 482
Teqlər , , ,
Paylaş

logo