S.Peres: “Qüsursuz yarış idi”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, yarış onun üçün qüsursuz keçib.

F-1.az xatırladır ki, meksikalı sürücü Bəhreyn yarışına 18-ci yerdən başlasa da, mükəmməl performans göstərərək, 7-ci yeri tutub və aktivinə daha 6 xal yazıb.

Serxio Peres: “18-ci yerdən başlayıb 7-ci olmaq əla nəticə idi. Çox xoşbəxtəm. Mənim üçün ilk dövrə çox vacib idi və burada 13-cü yerə qədər yüksəlmişdim. Daha sonra təhlükəsizlik avtomobili də bizə kömək etdi və onluğa düşdükdən sonra arxamıza baxmadıq. Williams orta qrupda çox sürətli idi, amma onlardan sonra biz ən yaxşı idik. Ümumilikdə isə qüsursuz bir yarış keçirdik və bunda payı olan hər kəsə təşəkkür edirəm. Ardıcıl 3-cü yarışda da iki bolidlə xal aldıq. Ümid edirəm ki, bu seriya növbəti yarışlarda da davam edər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*