F.Alonso: Çempionat ilk yarışdan ibarət deyil

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, çempionat bir yarışdan ibarət deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyn yarışında təkər yeyilməsi ilə bağlı problemlər yaşayıb və erkən pit-stop edərək, üç pit-stoplu strategiya seçib. Red Bull komandasının sürücülərinin mübarizəni dayandırması ilə yarışda 9-cu olan Alonso, komanda yoldaşı Okonun gerisində qalıb.

Fernando Alonso: “Keçən həftə buradakı testlərdən sonra əsas problem təkərlər idi. Bəli, üç pit-stoplu strategiya seçdik. Rəqiblərimiz iki pit-stop planlaşdırsalar da, təhlükəsizlik maşınına görə üçüncü dəfə pitə girməli oldular. Ancaq təkər yeyilməsi çox idi və vəziyyət hamı üçün eyni idi.

Bəlkə də, rəqiblərimizdən daha çox problem yaşadıq. Bu, məyusedicidir. Yenə də 9-cu yerdən razıyam. Mövsümə iki xalla başlayırıq. Hər iki maşınla xal aldıq. Məncə, hədəf bu idi və bacardıq. Bunu edə bilən dörd komandadan biriyik. Bu performansdan razı qalmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*