F.Alonso sendviç paketinin qurbanı olub

Alpine komandasının rəhbəri Marçin Budkovski bildirib ki, Fernando Alonsonun mübarizəni dayandırmasının səbəbi sendviç paketi olub.

F-1.az xatırladır ki, Fernando Alonso yarışa yaxşı başlayıb və batareya probleminə baxmayaraq xal zonasında gedirdi. Lakin ikiqat Dünya Çempionu daha sonra əyləc problemləri yaşayıb və təkəri bir neçə dəfə kilidləyib və beləliklə mübarizəni dayandırmalı olub.

Marçin Budkovski: “İlk pit-stopdan sonra problem var idi. Buna görə də bolidin performansını azaltmalı olduq. İkinci pit-stopdan sonra isə Alonsonun arxa əyləcinin soyutma kanalında sendviç paketi gördük. Buna görə də bolidin istiliyi artdı və əyləc sisteminə zərər verdi. Biz də təhlükəsizliyə görə onun yarışı dayandırmasını istədik. Bu, Alonsonun ilk yarışı idi və yaxşı gedirdi. Heyif ki, bəxti gətirmədi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*