F.Alonso: Həmilton ən güclülərdəndir, amma…

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Lyuis Həmilton çox güclü sürücüdür, amma eyni zamanda bəxti də gətirir.

F-1.az xatırladır ki, iki sürücü həmişə əzəli rəqib sayılıblar. Lyuis Həmilton 7 dəfə çempion olduğu halda, Fernando Alonsonun 2 titulu var.

Fernando Alonso: “Ona böyük hörmətim var. Karyeramız ərzində eynni yerlər uğrunda çox az mübarizə apardıq. Bu il isə demək olar ki, oxşar güclü maşınlarda yarışırıq. Avstraliyada bütün yarış ərzində 2 saniyə içində idik və çox yaxın idik.

Onun ən yaxşı sürücülərdən biri olduğunu düşünürəm, amma uzun illər çox sürətli maşın sürdüyü üçün də bəxtəvər idi. Belə olanda Şumaxer 7 titul qazandı, Həmilton 7 titlul qazandı, Ferstappen üçüncüyə doğru gedir. Mən isə iki titul əldə etdim. Çempion olmaq üçün ən yaxşı maşına ehtiyacınız var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*