S.Peresin maaşı artacaq

Serxio Peres yeni müqavilə imzaladıqdan sonra maaşı artıb.

F-1.az xatırladır ki, Red Bull komandası meksikalı pilotu ilə müqaviləni daha iki il uzadıb. Sürücülərin maaşları çox vaxt gizli qalır. Ancaq son dövrdə pilotların məvacibləri barədə çoxlu söz-söhbətlər çıxır. Peres də bu sürücülərdən biridir. Britaniya mətbuatının verdiyi xəbərə görə Peres illik 10 milyon dollar qazanacaq.

Qeyd edək ki, 32 yaşlı pilot əvvəl illik 8 milyon dollar qazanırdı. Beləliklə, Peresin maaşı iki milyon dolllar artmış olacaq.

Peresin maaşı artsa da, Maks Ferstappendən yenə də geri qalır. Niderlandlı pilotun ilinə 40 milyon dollar qazanacağı proqnozlaşdırılır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*