Avstriya-2022: Sıralanma turu

Sabah Red Bull Rinq-də mövsümdə ikinci, tarixdə isə beşinci sprint yarışı baş tutacaq. Sabahkı qısa yarışın sıralanmasını müəyyən edəb bu sessiyaya isə sürücülərin hazırlaşmaq üçün cəmi 1 saat vaxtları olub.

F-1.az xatırladır ki, bu gün baş tutan yeganə sərbəst yürüşlərdə Maks Ferstappen protokollara başçılıq edib.

10-cu döngədə trasdan tam çıxmaya görə sürücülərin həmin dövrəsi ilə birlikdə, növbəti dövrəsinin də ləğv ediləcəyi bildirilib.

Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib.

İlk Sessiyada sürücülərin bir hissəsi dərhal, qalanları isə bir qədər sonra trasa çıxıb. Hamı Soft təkərləri seçib və ardıcıl 2-3 sürətli dövrə vurmağı planlaşdırıb. Sayns, Latifi, Stroll, Ferstappen, Elbon, Fettel və Rassell 10-cu döngədə tras hüdudlarını aşdıqları üçün nəticələri ləğv edilib. Ferrari sürücüləri və Maks ilk üçlükdə qərarlaşaraq ikinci cəhdlərindən imtina ediblər. Digərləri onların nəticələrinə çata bilməyib. Şarl Lekler ən sürətli nəticəni müəyyən edib – 1:05.419. Fettel, Latifi, Çjou, Stroll və Rikkardo sıralanma turu ilə vidalaşıb.

İkinci Sessiyada sürücülər yenə də eyni təkər strategiyasını seçiblər. Norris səhvə yol verərək çınqıllığa çıxıb və pitə geri dönüb. Tsunoda, Peres, Norris və Həmiltonun nəticələri ləğv edilib. Lyuis ilk cəhddə hamıdan sürətli olsa da, Lekler və Ferstappen onu keçiblər. Monakolu sürücünün nəticəsi 1:05.287 olub. Norris, Tsunoda, Bottas, Elbon və Qasli üçün mübarizə başa çatıb. Beş komanda – Ferrari, Red Bull, Mercedes, Alpine və Haas tam heyətlə ilk onluğa düşüblər. Peresin sürətli dövrəsində trasdan çıxıb-çıxmadığı sıralanma turu başa çatdıqdan sonra araşdırılacaq.

Son sessiyada külək güclənib və sürücülərin işini çətinləşdirib. Həmilton yeddinci döngədə qəza edib və qırmızı bayraqlar dalğalanıb. Lyuis xəsarət almasa da, tibbi mərkəzə göndərilib və qısa vaxtdan sonra boksa qayıdıb. Şumaxerin nəticəsi trasdan tam çıxdığı üçün ləğv edilib. Restartdan bir qədər sonra sessiya yenə qırmızı bayraqlarla dayandırılıb. Bu dəfə səbəbkar Mercedes-in digər sürücüsü olub – Rassell sonuncu döngədə idarəetməni itirərək maşını baryerlərə vurub. Daha sonra icazə almadan trası piyada keçib boksa getməsi stüardlar tərəfindən qeyd edilib və yarışdan sonra qiymət veriləcək.

Fasilə 10 dəqiqə çəkib. Sessiyanın bitməsinə 2 dəqiqədən bir qədər çox vaxt qalıb və sürücülər mübarizə üçün dərhal trasa çıxıblar. Lekler və Sayns Ferstappenin ilk cəhddəki nəticəsini üstələyiblər, lakin niderlandlı sürücü ilk iki sektoru pis keçməsinə baxmayaraq, son sektorda əla nəticə göstərrək cüzi fərqlə birinci olub.

Beləliklə, Maks Ferstappen mövsümdə üçüncü, karyerasında isə 16-cı poulu qazanıb. Sabahkı sprint yarışına onun yanından Şarl Lekler başlayacaq. İkinci cərgədə Karlos Sayns və Serxio Peres, üçüncü cərgədə isə Corc Rassell və Esteban Okon qərarlaşacaq.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 3 1:05.852 6 2 1:05.374 6 1:04.984 7
2 16 Şarl Lekler Ferrari 1 1:05.419 8 1 1:05.287 10 1:05.013 8
3 55 Karlos Sayns Ferrari 2 1:05.660 8 4 1:05.576 10 1:05.066 8
4 11 Serxio Peres Red Bull 6 1:06.143 9 6 1:05.805 9 1:05.404 6
5 63 Corc Rassell Mercedes 7 1:06.235 8 5 1:05.697 9 1:05.431 7
6 31 Esteban Okon Alpine 13 1:06.468 10 8 1:05.993 10 1:05.726 7
7 20 Kevin Maqnussen Haas 9 1:06.366 9 7 1:05.894 6 1:05.879 7
8 47 Mik Şumaxer Haas 10 1:06.405 9 10 1:06.151 6 1:06.011 7
9 14 Fernando Alonso Alpine 4 1:06.016 8 9 1:06.082 6 1:06.103 8
10 44 Lyuis Həmilton Mercedes 5 1:06.079 8 3 1:05.475 8 1:13.151 4
11 10 Pyer Qasli AlphaTauri 15 1:06.589 11 11 1:06.160 9
12 23 Aleksander Elbon Williams 14 1:06.516 9 12 1:06.230 6
13 77 Valtteri Bottas Alfa Romeo 11 1:06.442 8 13 1:06.319 6
14 22 Yuki Tsunoda AlphaTauri 12 1:06.463 11 14 1:06.851 8
15 4 Lando Norris McLaren 8 1:06.330 11 15 1:25.847 8
16 3 Daniel Rikkardo McLaren 16 1:06.613 10
17 18 Ləns Stroll Aston Martin 17 1:06.847 12
18 24 Quanyu Çjou Alfa Romeo 18 1:06.901 9
19 6 Nikolas Latifi Williams 19 1:07.003 9
20 5 Sebastyan Fettel Aston Martin 20 1:07.083 12

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*