12 Dekabr 2018, Çərşənbə - 20:55

Bəhreyn-2016: Sıralanma turu

Bəhreyn-2016: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:26 - 02 Aprel, 2016

İki həftə əvvəl Melburnda baş tutan mövsümün ilk sıralanma turundan sonra komandalar razılaşmışdılar ki, növbəti mərhələdən keçənilki qaydalara qayıtsınlar. Amma FİA onları bu imkan məhrum edib. Federasiya F1 Komissiyasının iclasında müzakirəyə keçid variantını irəli sürmüşdü – ilk iki sessiya yeni qaydalarla, sonuncu sessiya isə köhnə qaydalarla, amma komandalar bu variantı dəstəkləmədikləri üçün bu gün Bəhreyndə sıralanma turu yeni qaydalarla keçirilib.

F-1.az xəbər verir ki, həkimlər Fernando Alonsonu Avstraliyadakı qəzanın nəticələri üzündən sükan arxasına buraxmayıblar – ispaniyalı sürücünü McLaren komandasının ehtiyat sürücüsü Stoffel Vandorn əvəz edib.

Dünən və bu gün hava komandaların güman etdiklərindən soyuq olub. Yeni qaydalara əsasən, komandalar həftəsonu üçün təkər dəstlərini hələ keçən ilin sonunda müəyyən etmişdilər. Ona görə də dünən komandalar tərkiblər arasındakı böyüks ürət fərqindən və Medium təkərlərin affektivliyinin az olmasından gileyləniblər. Sabahkı yarış üçün strategiyanın seçilməsi və yarışa təkər dəstlərinin qənaət edilməsi yenə də həlledici faktor olub.

Bəhreyndə sıralanma turu elə də böyük əhəmiyyət kəsb etmir – tras ötməyə imkan verir, son 7 ildə poulun sahibi cəmi 2 dəfə qələbə qazana bilib. Dünən birinciikinci sərbəst yürüşlərdə Niko Rosberq, bu gün səhər isə Sebastyan Fettel protokollara başçılıq ediblər.

Kevin Maqnussen dünən tərəzidə çəkilmək prosedurunu buraxdığı üçün pit-leyndən start almaq cəzasına məhkum olunsa da, bu gün sıralanma turunda iştirak edib.

İki həftə əvvəl olduğu kimi, ilk sessiyaya hamı SuperSoft təkərlərlə başlayıb. Ferrari və Mercedes AMG sürücüləri trasa birinci çıxıblar və Rosberq protokollarda ilk sətri zəbt edib – 1:31.325, ilk dördlük 0.4 saniyəyə yerləşib.

Felipe Nasr mübarizədən kənar qalan ilk sürücü olub, ondan sonra ardıcıllıqla Haryanto, Palmer, Maqnussen və Peres mübarizəni dayandırıblar. Bu qrupda ən yaxşı nəticəni isə Verlyayn göstərib.

İkinci sessiya pit-leynin çıxışındakı işıqforun sıradan çıxması ilə başlayıb – xronometraj işə düşsə də, işıqfor qırımızı rəngdə qalıb. Marşalalrın pit-leyndə yaşıl bayraqları dalğalandırmasından sonra sürücülər trasa tələsiblər.

İlk cəhdində Həmilton protokollarda liderliyi ələ alıb – 1:30.039, Kvyat isə mübarizəni ilk dayandıran sürücü olub. Sonra McLaren sürücüləri və Qutyerres mübarizədən kənar qalıblar. Hülkenberq ikinci dəfə trasa çıxıb və 8-ci nəticə göstərməklə sonuncu sessiyaya keçə bilib. Williams sürücüləri də gözlənilmədən trasa çıxıblar, hərçənd, buna heç bir ehtiyac yox idi.

Son sessiyada Fettel ilk cəhdində yaxşı nəticə göstərsə də Rosberq olunu üstələyib – 1:29.897, Rəykkönen 3-cü, səhvə yol verən Həmilton isə 4-cü nəticə göstəriblər.

Hülkenberq, Massa, Bottas və Rikkardo növbə ilə mübarizəni dayandırıblar. Mercedes AMG və Ferrari sürücüləri isə ikinci cəhdlərinə çıxıblar. Həmilton trasına rekorduna imza atmaqla Rosberqi 0.077 saniyə üstələyə bilib.

Posulun sahibi yenə də sessiya başa çatmamış məlum olub – sabah isə komandalar Todr və Ekklstounla sıralanma turu formatını bir daha müzakirə edəcəklər.

Lyuis Həmilton mövsümdə və Bəhreyndə ardıcıl 2-ci, karyerasında isə 51-ci poulunu qazanıb. Mercedes AMG sürücüləri ilk cərgədən, Ferrari sürücüləri isə ikinci cərgədən start alacaqlar. Yarışın startı və gedişatı maraqlı olacaq!

YerSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəYerZamanDövrə
1Lyuis HəmiltonMercedes AMG21:31.391511:30.039311:29.4936
2Niko RosberqMercedes AMG11:31.325431:30.535321:29.5706
3Sebastyan FettelFerrari41:31.636521:30.409331:30.0126
4Kimi RəykkönenFerrari61:31.685541:30.559341:30.2446
5Daniel RikkardoRed Bull31:31.403661:31.122351:30.8543
6Valtteri BottasWilliams51:31.672351:30.931661:31.1533
7Felipe MassaWilliams121:32.045371:31.374471:31.1553
8Niko HülkenberqForce İndia101:31.987681:31.604681:31.6203
9Roman QrojanHaas111:32.005691:31.7563
10Maks FerstappenToro Rosso81:31.8886101:31.7723
11Karlos SaynsToro Rosso71:31.7166111:31.8163
12Stoffel VandornMcLaren141:32.4726121:31.9343
13Esteban QutyerresHaas131:32.1186131:31.9453
14Censon BattonMcLaren91:31.9766141:31.9983
15Daniil KvyatRed Bull151:32.5596151:32.2413
16Paskal VerlyaynManor161:32.8066
17Markus ErikssonSauber171:32.8406
18Serxio PeresForce India181:32.9117
19Kevin MaqnussenRenault191:33.1813
20Colion PalmerRenault201:33.4386
21Rio HaryantoManor211:34.1903
22Felipe NasrSauber221:34.3884

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 425
Teqlər , ,
Paylaş

logo