L.Həmilton: “İkinci testlər əla başladı”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ikinci testlərə əla başlayıblar.

F-1.az xəbər verir ki, britaniyalı sürücü testlərin 5-ci günündə 88 dövrə vuraraq 1.20.808 zaman nəticəsi göstərib.

Lyuis Həmilton: “Gözəl gün oldu. Ehtiyacımız olan şeyi etdik və bolidlə çoxlu dövrələr vurduq. Hər şey əla oldu. Xeyli məsafə qət etdik. Ümumilikdə deməyə sözüm yoxdur. İkinci testlərə yaxşı başladıq. Real gücümüzü bilirəm. Növbəti günlər ərzində həm sıralanma, həm də yarış tempinə fokuslanacağıq. O zaman real gücümüzü biləcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*