O.Piastri: Həyəcanlıyam

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, yeni mövsümdən əvvəl çox həyəcanlıdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü həftəsonu Bəhreyndə karyerasının ilk yarışına çıxacaq.

Oskar Piastri: “Formula1-dəki ilk yarışım üçün həyəcanlıyam və bunun papaya rəngi ilə olması çox xüsusidir. Bu anı uzun müddətdir ki, gözləyirdim.

Özümü çətinliklərə və mübarizəyə hazır hiss edirəm. Son yarışımdan sonra uzun müddət keçib və buna görə də Bəhreyn yarışı üçün səbirsizlənirəm.

McLaren ilə yeni mövsümə yaxşı hazırlaşdım. Ancaq öyrənməli olduğum şeylər var. Komanda olaraq çox işləməliyik, ancaq pozitiv yöndə düşünürəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*