E.Okona xəbərdarlıq verilib

Alpine komandasının sürücüsü Esteban Okon rəqibi Lando Norrisə etdiyi hərəkətə görə xəbərdarlıq olunub.

F-1.az xatırladır ki, Lando Norris Niderlanddakı birinci sərbəst yürüşlərin sonlarında Esteban Okonla təhlükəli insident yaşamışdı. Okon sessiyanın sonlarında sürətli dövrə vurmaq üçün önünü boşaltmağa çalışırdı və bu anda arxadan gələn Norris fransalı rəqibini keçmək istədi. Esteban isə bolidini onun üstünə sürdü və britaniyalı pilot ayağını qazdan götürməli oldu. Norris bu anda tras arcinə çıxsa da, Okon trasdakı yerini qorudu. Sessiyadan sonra stüardlar insidenti araşdırıblar və Okona xəbərdarlıq veriblər.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*