Zek Braun: Mən Norrisi itirməkdən qorxmuram

Biz artıq xəbər vermişdik ki, McLaren komandasının keçmiş başçısı Andreas Zaydl yeni komandası Audi kimi tanınmağa başlayanda Lando Norrisi yanına aparmağa çalışacaq.

F-1.az xəbər verir ki, McLaren Racing-in rəhbəri Zek Braun bununla bağlı heç bir problem görmür, çünki o, Landonun Vokinqi tərk etmək istəməyəcəyini düşünür.

Zek Braun: “Mən Landonu itirmək perspektivindən qorxmuram, çünki əminəm ki, biz onu sükanı arxasında qalib gələ biləcəyi maşınla təmin edə bilərik.

Lando ilə uzunmüddətli müqaviləmiz var və onun komandada çox rahat olduğunu görürəm. Biz Landoya sadəcə sürətli bolid vermək istəmirik, özümüz yarışlarda qalib gələn bir maşın düzəltmək istəyirik. Beləliklə, biz məqsədlərimizi müəyyənləşdirmişik və özümüzə müsbət təzyiq edirik.

Lando bizim hansı yolda olduğumuzu bilir. O, bizim planımızla razılaşdı, ona görə də mən hesab edirəm ki, onun komandadan mümkün gedişi ilə bağlı narahat olmaq hələ tezdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*