Z.Braun: Bəxtimiz gətirdi

McLaren komandasının rəhbəri Zek Braun bildirib ki, Avstraliyada bəxtləri gətirib.

F-1.az xatırladır ki, ilk iki yarışı xalsız qapadan McLarenin bəxti Avstraliyada açılıb. Onlar iki sürücü ilə də xal qazanıblar.

Zek Braun: “Avstraliya yarışı çox dəlisov keçdi və bəxtimiz gətirdi. Səudiyyə Ərəbistanında bəxtimiz gətirməmişdi. Buna görə də Avstraliyadakı yarışdan razıyıq. Düzdür, hələ istədiyimiz səviyyədə deyilik və görüləcək işlər var.

Oskara görə sevincliyik. Avstraliya onun üçün iki dəfə çox yorucu idi, amma Britaniyaya gedəndə çox rahatlanmışdı. Hər iki McLaren sürücüsünün xal alması əladır. Lando maşından maksimumu aldı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*