Avstriya-2022: Birinci sərbəst yürüşlər

Avstriyada bu mövsüm ikinci sprint yarışlı həftəsonu olacaq. İlk məşqlərdə sazlanmalar və təkərlər üzərində işləmək vacibdir, çünki bugünkü sıralanma turundan sonra maşınlar qapalı park rejimində olacaqlar və onlara müdaxilə etmək olmaz.

F-1.az bildirir ki, sürücülər ilk dəqiqələrdən trasa çıxıblar və başlanğıcda hamı Medium təkərləri seçib. Elbon dövrəni tamamlamamış geri qayıdıb. Williams keçən həftəsonu baş verən qəzanın nəticələrini aradan qaldırmaq üçün gecə komendant saatı qaydasını pozub. Sürücü trasa çıxan anda telemetriya problemi aşkarlanıb. Gənc sürücü bir qədər sonra yenidən boksu tərk edib.

Stroll də DRS sistemindənki problemə görə iki dövrədən sonra maşını mexaniklərə təhvil verib. McLaren üçün sessiya uğursuz alınıb – Norris 20-ci dəqiqədə trasda dayanmalı olub, maşının təxliyəsi üçün sessiyaya qırmızı bayraqlarla fasilə verilib. Britaniyalı sürücünün maşınına səhər qoyulan yeni mühərrikdə problem aşkarlanıb. Qonşu boksda da mexaniklər Rikkardonun maşınındakı nasaz DRS sistemi üzərində işləyiblər.

Sessiya ikinci dəfə qırmızı bayraqlarla 6-cı döngədə yad cismin olmasına görə dayandırılıb. Maks Ferstappen 1:06.302 ilə sıralanma turundan əvvəlki yeganə məşq sessiyasında protokollara başçılıq edib. Bizi çox maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:06.302 34
2 16 Şarl Lekler Ferrari 1:06.557 + 0:00.255 32
3 63 Corc Rassell Mercedes 1:06.702 + 0:00.400 32
4 11 Serxio Peres Red Bull 1:06.839 + 0:00.537 27
5 44 Lyuis Həmilton Mercedes 1:06.909 + 0:00.607 31
6 20 Kevin Maqnussen Haas 1:06.965 + 0:00.663 32
7 55 Karlos Sayns Ferrari 1:07.039 + 0:00.737 29
8 14 Fernando Alonso Alpine 1:07.100 + 0:00.798 32
9 47 Mik Şumaxer Haas 1:07.246 + 0:00.944 32
10 22 Yuki Tsunoda AlphaTauri 1:07.296 + 0:00.994 33
11 18 Ləns Stroll Aston Martin 1:07.431 + 0:01.129 26
12 31 Esteban Okon Alpine 1:07.462 + 0:01.160 27
13 5 Sebastyan Fettel Aston Martin 1:07.476 + 0:01.174 29
14 77 Valtteri Bottas Alfa Romeo 1:07.522 + 0:01.220 27
15 23 Aleksander Elbon Williams 1:07.582 + 0:01.280 32
16 10 Pyer Qasli AlphaTauri 1:07.592 + 0:01.290 33
17 3 Daniel Rikkardo McLaren 1:07.743 + 0:01.441 25
18 24 Quanyu Çjou Alfa Romeo 1:07.889 + 0:01.587 28
19 6 Nikolas Latifi Williams 1:08.149 + 0:01.847 28
20 4 Lando Norris McLaren 1:09.915 + 0:03.613 14
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*