H.Marko: “Honda ilə müqavilə Ferstappeni saxlaya bilər”

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappenin komandada qalma ehtimalı artıb.

F-1.az xatırladır ki, Honda daha 1 il müqavilə uzadaraq 2021-ci ilin sonuna qədər idmanda qalmağa qərar verib.

Helmut Marko: “Braziliyadakı nəticə Honda üçün emosional idi. Hətta, Honda işçilərinin gözləri yaşarmışdı. Çox şey istədiyimiz kimi oldu. Bu, sevindirici hal idi, çünki Honda ilə danışmaq üçün birbaşa Tokyoya uçdum. Beləliklə, onlar 2021-ci ilin sonuna qədər idmanda qalmağa qərar verdilər və bu, yaxşı haldır. Bu qərarla rahatlandıq və artıq planlar qura bilərik. Ancaq 2022 və 2023-cü illər üçün danışıqlar davam edir. Bu, xərclərin azalmasından asılıdır. FİA mühərriklərin dondurulması ilə bağlı danışıqlar aparır və bu da o deməkdir ki, xərclər azalacaq. Bu hal Honda-nın qərar verməsində vacib olacaq.

Maksla Braziliyada şam yeməyi yedik. Əhvalı yaxşıdır. Həmin gün Honda-nın daha 1 il qalacağını bilmirdik. Əbu Dabidən sonra yenidən danışıqlara başlayacağıq.

Bu il Red Bull-un sürücü proqramındann üç nəfər podiuma yüksəldi. Biz doğru yoldayıq. Elbonu da əlavə edə bilərik, çünki podiuma yaxın idi. Həmilton ona vurandan sonra əsəbdən qışqırırdı. Çox emosional idi və buna öyrəşməmişik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*