M.Ferstappen: Sürücülər fərqlidir

Red Bull komandasının sürücüsü Maks Ferstappen gənc Şarl Leklerlə yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu müqayisə edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü 2021-ci ildə Həmiltonla, 2022-ci ildə isə Leklerlə mübarizə apararaq, titula yiyələnib.

Maks Ferstappen: “Hər sürücünün yarışma və mübarizə aparma forması fərqlidir. Bu da Formula1-in gözəlliyidir. Hamı eyni olsaydı, çox darıxardıq. Fərqli istedadlara və sürücülərə görə Formula1 hörmətə layiqdir”.

,