20 Noyabr 2019, Çərşənbə - 02:33

D.Rikkardo Red Bull-dan ayrılmasının daha bir səbəbini açıqlayıb

D.Rikkardo Red Bull-dan ayrılmasının daha bir səbəbini açıqlayıb

Müəllif: Elçin Zodorov, redaktor

21:21 - 14 Avqust, 2019

Son baş verənlər göstərir ki, Red Bull artıq Qasli ilə bağlı gələcəyə dair planlar qurmur. Bu da gələn il Ferstappenin komanda yoldaşının kim olacağı sualını daha da önə çıxarır. Ehtimallardan biri komandanı keçən il tərk etmiş Rikkardonun geri qayıtmasıdır. Formula1-də buna bənzər şeylər baş verib – Fernando Alonsonun 2015-ci ilə McLaren-ə qayıdışını xatırlamaq kifayətdir.

F-1.az xatırladır ki, Rikkardo Red Bull-dan ayrılması üçün bir sıra səbəblərin olduğunu bildirib, lakin belə görünür ki, onlardan biri – avstraliyalı sürücünün yarış mühəndisi Saymon Renninin komandanın Milton-Keynsdəki bazasında başqa vəzifəyə keçidi xüsusi rol oynayıb.

Daniel Rikkardo: “Bir çox səbəb var, amma Saymon Rennini itirməkş… Əgər komandada bu il qalsaydım, onun mənim yarış mühəndisim olmayacağını bilirdim. Onunla çox yaxşı münasibətimiz vardı və mən artıq kiminlə işləyəcəyimi bilmirdim. Onunla işləmək rahat idi. O, yerində qalsaydı, bəlkə də bu, komandada qalmam üçün bir səbəb olardı, amma həlledici rol oynayardımı, bilmirəm”.

Daniel həm də Qaslinin komandadan göndərilməsi məsələsinə toxunub: “Maksdan geri qalır, bu həqiqətdir. Komandada Maksdan razıdırlar və daha çox xal ala biləcəklərini başa düşürlər. Qasliyə nə olub, bilmirəm. Keçən il daha zəif maşınla yaxşı nəticələr əldə edə bilirdi. Bununla belə, Ferstappenlə komanda yoldaşı olmağın nə demək olduğunu bilirəm və Pyerin bunun öhdəsindən gələcəyini gözləmirdim. Onun Maksdan geri qalmasına yox, fərqin bu qədər böyük olmasına təəccüblənirəm”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 132
Teqlər , , , ,
Paylaş

logo