F-1.az xəbər verir ki, üçqat dünya çempionu Niki Laudanın keçmiş DTM sürücüsü olan və hazırda ekspert kimi çalışan oğlu keçən həftəsonunu dəyərləndirərlən Red Bull sürücülərindən də yan keçməyib.
Mattias Lauda: “Biz Maksı 2022-ci ildə olduğu kimi görmürük və indi onun yarışda liderliyini izləmək demək olar ki, darıxdırıcı idi. Mövsümlərarası fasilədə Red Bull Racing çox sürətli və yaxşı maşın hazırlayıb. Baxmayaraq ki, Maks indi deyəsən tam gücü ilə sürmür, hər şeyi olduğu kimi demir və qəsdən gözləntilərin səviyyəsini bir az aşağı salmağa çalışır.
Onun böyük üstünlüyü var, Maks rəqibləri üçün əsl kabusa çevrilir. Əvvəlki iki ildə yeganə zəif tərəfi həddindən artıq aqressivlik idi, lazımi anda yavaşlamağı bilmirdi. Amma indi o, daha da yetkin bir sürücüyə çevrilib və yarışın gedişatını mükəmməl şəkildə idarə etməyi bacarır. Onun trasda nümayiş etdirdiyi sürət durmadan artır.
Red Bull pilotlarının əməkdaşlığından danışsaq, düşünürəm ki, Maks və Serxio çox yaxşı anlaşırlar. Peresin yerində olsaydım, dünyanın ən yaxşı 2 nömrəli sürücüsü olmağa və bəzi yarışlarda qalib gəlməyə çalışardım. Lakin Maksın ondan daha yaxşı olduğunu etiraf etməli olacaq. Bir vaxtlar Rubens Barrikello və Mixael Şumaxer də belə idi və Peres bunu qəbul etməlidir”.