Force İndia tarixi nəticəyə yaxındır

Əgər Williams komandası Əbu Dabi yarışında ən azı bir sürücüsü ilə podiuma yüksəlməsə, Mühəndislər Kubokunda Force İndia komandasını qabaqlaya bilməyəcək və 4-cülüyü əldən verəcək.

F-1.az xatırladır ki, yağışlı Braziliya yarışında Peres 4-cü, Hülkenberq isə 7-ci olmuş və beləliklə, Force İndia son yarışdan əvvəl İnterlaqosda xalsız qalan Williams komandasını 27 xal üstələyir.

Williams son yarışda Force İndia-nı qabaqlamaq üçün Əbu Dabidə iki sürücü ilə də ilk dördlüyə düşməli və hindistanlıların xal almamasını gözləməlidir.

Əgər Force İndia mövsümü 4-cü yerdə bitirsə, bu, hindistanlıların Formula1-dəki ən yaxşı nəticəsi olacaq və daha çox pul mükafatı alacaqlar. Xatırladaq ki, Force İndia komandası Britaniyadan sonra 11 yarışın hamısında xal qazanıb…

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*