Renault Sport F1 komandası 2018-ci il bolido RS18-i bu gün təqdim edib.
F-1.az xəbər verir ki, fransızlar bu il yeni bolidini təqdim edən 5-ci komanda olub. Xatırladaq ki, Renault keçən mövsüm Mühəndislər Kubokunda 6-cı yeri tutmuşdu və bu il daha yaxşı nəticə hədəfləyirlər. Fransızlar yeni mövsümdə də Niko Hülkenberq və Karlos Sayns cütlüyü ilə yarışacaqlar.
“Sarılar” 2016-cı və 2017-ci illərdə bolidlərini mətbuat önündə təqdim etsələr də, bu il şəkilləri sosial şəbəkələrdə yaymaqla kifayətləniblər. Bolid yenə də sarı-qara rənglərdə olacaq. Bundan başqa bolidə bu ildən əlavə edilən Halo da qara rəngdə olacaq. Boliddə ən çox diqqətçəkən məqam isə arxa tərəfin daha dar hazırlanması olub…
Ladies & gentlemen… Meet our 2018 challenger, the @RenaultSportF1 R.S.18! #LaRS18IsComing #RS18 #RSspirit pic.twitter.com/ELdwrD6wNe
— Renault Sport F1 (@RenaultSportF1) February 20, 2018