S.Fettel: Belə şəraiti sevirəm

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, son sessiyaya qala bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü Braziliyadakı sıralanma turunda 13-cü olub.

Sebastyan Fettel: “Belə hava şəraitində sürməyi sevirəm. Sessiya ərzində tras sürüşkən idi. Bu vəziyyəti dəyərləndirmək çox çətin idi. Son sessiyanı 0.1 saniyə ilə qaçırdıq. Görəsən onu harada qazana bilərdik? Yenə də o dövrəmdən razıyam.

Bir az məyusam, çünki son sessiyaya qala biləcəyimizi düşünmüşdüm. Sprintdə və əsas yarışda yaxşı nəticələr ala bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*