11 Dekabr 2018, Çərşənbə axşamı - 11:31

A.Prost: “Fərqli nəsildən olan sürücüləri müqayisə etmək olmaz”

A.Prost: “Fərqli nəsildən olan sürücüləri müqayisə etmək olmaz”

Müəllif: Rauf Hacıyev, redaktor

16:13 - 30 Oktyabr, 2018

Formula1 üzrə dördqat Dünya Çempionu Alen Prost bildirib ki, Lyuis Həmilton öz dövrünün ən yaxşı sürücüsü ola bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Meksikada 5-ci Dünya Çempionluğunu rəsmiləşdirib və titulların sayına görə Prostu geridə qoyub.

Alen Prost: “Bu titul onu nəslinin ən yaxşısı etməsə də, ən yaxşılarından biri edər. Bir dəfədən çox çempion olanlar daha çox işləyirlər. Həmilton da güclü sürücü olmaq üçün hər şey edir. Bəlkə də, ən yaxşı mövsümünü keçirdi. Maşın yaxşı olmasa da, ikinci və üçüncü ola bilirdi və lazım olanda sıralanma turunda fərqini göstərirdi. Sinqapurda etdiyi kimi.

Komandası Lyuisi şəxsi həyatına görə dəstəkləyir və britaniyalı sürücünün özünə olan inamı artır.

Fərqli nəsildən olan sürücüləri müqayisə etmək olmaz. Senna və mən öz nəslimizin ən yaxşıları idik. İndi də Lyuis öz nəslinin ən yaxşılarından biridir. Sebastyan da yaxşı mövsüm keçirdi, amna Lyuis və Mercedes kombinasiyasını udacaq qədər güclü deyildi. Bakı və Almaniyada pis səhvlər etdi. Yoxsa 30 xal öndə ola bilərdi. Lyuis psixoloji cəhətdən Sebastyandan güclü idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 237
Teqlər , ,
Paylaş

logo