P.de la Rosa: Fettel karyerasını bitirəcək

Sabiq Formula1 sürücüsü Pedra de la Rosa bildirib ki, Sebastyan Fettel növbəti dəfə də Şarl Leklerə məğlub olsa, idmandan gedə bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il gənc komanda yoldaşı Şarl Leklerə bütün statistikalarda məğlub olmuşdu.

Pedro de la Rosa: “Sebastyan hazırda təzyiq altındadır. Dördqat Dünya Çempionusunuzsa, işiniz daha çətindir. Yanınızda super güclü sürücü varsa, onunla məşğul olmalısınız. Psixoloji cəhətdən bunu hiss edəcək. Əgər növbəti dəfə Leklerə məğlub olsa, davam etmək istəməycək. Çpx bəsitdir, o dördqat Dünya Çempionudur və isbat edəcək heç nəyi yoxdur. Komanda yoldaşınız sizdən sürətli olanda özünüzü pis hiss edirsiniz. Neçə dəfə çempion olmağınızdan asılı olmayaraq gecələr narahat edirsiniz. Belə çox çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*