25 Avqust 2019, Bazar - 07:47

S.Fettel: “Şumaxerdən öyrəndiklərimi tətbiq etdim”

S.Fettel: “Şumaxerdən öyrəndiklərimi tətbiq etdim”

Müəllif: Rauf Hacıyev, redaktor

14:36 - 23 Yanvar, 2017

Çempionlar Yarışında (Race of Champions) Almaniyanı 7-ci dəfə qalib edən Sebastyan Fettel çempionluğu müəllimi Mixael Şumaxerə həsr edib.

F-1.az xatırladır ki, Paskal Verlyayn şənbə günü Felipe Massa ilə təmas yaşayaraq, qəza etmiş və buna görə də Fettel Almaniya yığmasını təkbaşına təmsil etmək məcburiyyətində qalmışdı.

Mütəxəssislər bundan sonra Almaniya komandasının qələbə şansını az olaraq dəyərləndirsələr də, Fettel bazar günü şirə dönüb və rəqiblərinə nisbətən ikiqat daha çox yarışsa da, qrup mərhələsindəki 4 yarışın hamısını qazanıb. Ferrari komandasının sürücüsü yarımfinalda Kolumbiya komandasının sürücülərini, finalda isə America-NASCAR komandasını məğlub edərək, Almaniyaya Çempionlar Yarışında 7-ci dəfə Millətlər Kubokunu qazandırıb.

Xatırladaq ki, Fettel və Şumaxer cütü 2007-2012-ci illərdə bu kuboku 6 dəfə qazanmışdılar.

Sebastyan Fettel: “İşlər şənbə gününə nisbətən daha yaxşı getdi. Paskalın mənimlə yarışa bilməməsi məyusedici idi, amma əlimdən gələn hər şeyi etdim. Bu yarışda səhv qəbul olunmazdır və işlər qaydasında getdi. Kayl Buşa qarşı olan son yarış həyəcanlı keçdi. Amma qazandım və doğrudan da çox sevincliyəm.

Bu işə Mixaellə bir yerdə başladıq və mənə çox kömək elədi. Ondan çox şey öyrəndim. Hamımız onun burada olmasını istəyərdik. Onun üçün çox darıxıram və onu düşünürəm. Mənə öyrətdiklərini yadımda saxlamışam və bu gün mənə çox kömək etdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 185
Teqlər , , , ,
Paylaş

logo