M.Arrivabene: “Təslim olmayacağıq”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene sıralanma turundakı problemlərə baxmayaraq, ümidlidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü həftəsonuna yaxşı başlasa da, üçüncü sərbəst yürüşlərdə yaşadığı mühərrik probleminə görə sıralanma turunda sonuncu yeri tutub.

Mauritsio Arrivabene: “Bu gün Sebastyanın başına gələnlər məyusedicidir, amma sabahı düşünməliyik. Bu gün turbinlə mühərrik arasındakı əlaqədə problem yaşadıq. Araşdırmalıyıq. Bu gün poul uğrunda mübarizə apara bilərdik. Kiminin geridə qalması da məyus etdi.

Sabah bir sürücümüzlə öndən, digəri ilə geridən başlayacağıq. Mübarizə aparmaq üçün buradayıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*